Slimfit
  1. MEDİA

LÜTFİ ZADƏNİN 100 İLLİYİNİN QEYD EDİLMƏSİ İLƏ BAĞLI AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ VƏ TƏHSİL NAZİRLİYİNİN BİRGƏ TƏDBİRLƏR PLANI TƏSDİQLƏNİB

LÜTFİ ZADƏNİN 100 İLLİYİNİN QEYD EDİLMƏSİ İLƏ BAĞLI AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ VƏ TƏHSİL NAZİRLİYİNİN BİRGƏ  TƏDBİRLƏR PLANI TƏSDİQLƏNİB
Sakura

LÜTFİ ZADƏNİN 100 İLLİYİNİN QEYD EDİLMƏSİ İLƏ BAĞLI AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ VƏ TƏHSİL NAZİRLİYİNİN BİRGƏ TƏDBİRLƏR PLANI TƏSDİQLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə Tədbirlər planı haqqında məlumat verib.

Alim qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamında qeyd edildiyi kimi, “Lütfi Zadə dünya miq­ya­sında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və labora­to­ri­ya­lar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür”.

Lütfi Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqo­ritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin intellektual kombina­si­ya­la­rı­nı özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir.

Rasim Əliquliyevin sözlərinə görə, AMEA-nın və Təhsil Nazirliyinin birgə Tədbirlər planı özündə Web of Science bazasında indeksləşən ölkəmizdə yeganə impakt faktorlu “Applied and Computational Mathematics” jurnalının “Fuzzy logic and its application to modelling epidemies: Co-ronavirus and beyond” mövzusunda, eləcə də “TWMS Journal of Pure and Applied  Mathematics” jurnalının “Fuzzy Sets in Dealing with Imprecision and Uncertainty: Past and Future” mövzusunda xüsusi buraxılışlarının nəşr olunmasını əks etdirir.

Tədbirlər planında, həmçinin Elm TV və “Təhsil” İnternet televiziyalarında dünya şöhrətli alimin həyatı və elmi yaradıcılığına həsr olunmuş silsilə verilişlərin təşkil edilməsi, science.az veb-portalında, “Elm”, “Azərbaycan müəllimi” qəzetlərində, “Azərbaycan məktəbi” jurnalında məqalələrin dərc edilməsi, digər mühüm tədbirlərin həyata keçirilməsi yer alıb.

Qeyd edək ki, professor Lütfi Zadənin adının Bakı şəhərində Texniki-humanitar liseyə verilməsi, xatirə lövhəsinin yaşadığı binanın üzərində yerləşdirilməsi, eləcə də dahi alimin adına poçt markalarının hazırlanması haqqında müvafiq vəsatətlərin qaldırılması nəzərdə tutulur. Həmçinin alimin həyat və yaradıcılığına dair elmi-populyar məqalələr hazırlanacaq, alimlərin müsahibələri, çıxışları təşkil olunacaq, eyni zamanda, sosial media və KİV-də işıqlandırılacaq.

Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi çərçivəsində məktəblilər arasında beynəlxalq riyaziyyat və informatika olimpiadasının keçirilməsi, onun həyat və yaradıcılığına həsr olunmuş multi-media resurslarının hazırlanması və İnternetdə (YouTube, Wikipedia və s.) yerləşdirilməsi, təhsil müəssisələrində real və virtual sərgilərin təşkil olunması da gözlənilir.

Akademik Rasim Əliquliyev diqqətə çatdırıb ki, Tədbirlər planında göstərilən işlərin həyata keçirilməsi məqsədi ilə həm AMEA-da, həm də Təhsil Nazirliyində müvafiq işçi qrup yaradılıb. Qeyd edib ki, professor Lütfi Zadənin 100 illiyinə həsr edilmiş “Applied and Computational Mathematics” jurnalının “Fuzzy logic and its application to modelling epidemies: Co-ronavirus and beyond” mövzusunda, eləcə də “TWMS Journal of Pure and Applied  Mathematics” jurnalının “Fuzzy Sets in Dealing with Imprecision and Uncertainty: Past and Future” mövzusunda xüsusi buraxılışları, həmçinin AMEA-nın müxbir üzvü, Qorxmaz İmanovun “İqtisadiyyatda qeyri-səlis modellər” adlı monoqrafiyası artıq işıq üzü görüb. Onların hər biri dünya elminə, Lütfi Zadə irsinin tədqiqi və təbliği istiqamətində aparılan araşdırmalara verilən mühüm töhvədir.

 

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR