Slimfit
  1. ƏDƏBİYYAT

Lütfi - Surətini kim ki gördü qıldı cana can fəda

Lütfi - Surətini kim ki gördü qıldı cana can fəda
Sakura

Lütfi - Surətini kim ki gördü qıldı cana can fəda

Surətini kim ki gördü qıldı cana can fəda, 
Surətinə xud qılır olub fəriştə iqtida.
Necəkim zülfündə var küfrü zəlalet zülməti, 
Rövşən ol ay tək üzündə vardır ol nuri xüda.
İntəha yoxmu desəm hüsnünə, aydır gözlərin, 
Hardasan, mən xud bəlanı qıldım indi ibtida.
Sehr işin Kəşmir eli qəmzəndən öyrənsə gərək, 
Kim cahan içrə bulubdur ol bu fəndə müqtəda.
Ta dedin ləlin zəkatı mən fəqirə olsa sərf, 
Şükrünün indi onu şirin gərək qılsam əda.
Sənsizin qılmam təhəmmül nola qılsam qılma eyb, 
Gər bu yük yüklənsə təkkə gələr ondan yüz səda.
İtlərinin mənsəbin Lütfiyə təyin eylə kim, 
Dövlətində qılsa sultanlıq nə olar bir gəda.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR