Slimfit
  1. PSİXOLOGİYA

Lunatiklərə (yuxuda gəzənlər) yuxuda ikən nə olur ?

Lunatiklərə (yuxuda gəzənlər) yuxuda ikən  nə olur ?
Sakura

Belə hallarda, bədən, artıq işlənmiş alqoritmə uyğun olaraq, reallıqda olduğu kimi hərəkət edir.

Qoqolun "Qorxunc qisas" əsərinin qəhrəmanı Katerinanın bədəni yatağında yatarkən, ruhu cadugərin qəddar iradəsi ilə harasa uzaq bir yerə uçurdu. Əlbəttə ki , bu bir nağıl fantaziyasıdır , ancaq lunatik, somnambulist adlandırılan insanlarda yuxuda olarkən bədən və ağılın tərs bölməsi baş vermirmi? Ağılları yuxuda olarkən bədənləri bəzən çox qeyri-adi şeylər edirlər, hansı ki oyandıqdan sonra yaddaşlarında bunlardan heç nə qalmır.

Bir qəsəbədə yaşayan iki qardaş qonşusunun- qapalı, yalqız bir adamın çılpaq vəziyyətdə pilləkənlərlə dama qalxdığını, sonra kərpic bacaya dırmaşdığını və bir müddət orada oturduqdan sonra geri qayıtdığının şahidi olublar. Bir neçə gün sonra onlarla söhbət edən qonşu bu qəribə şeyi özünün də bildiyini, lakin idarə edə bilmədiyini söyləyib. Bütün bunları o, yuxudaykən edir. Üstəlik, onu boruda oturmağa sövq edən həmin gecələri o, kifayət qədər yaxşı yuxusunu alır, günə qeyri-adi güc hiss edərək oyanır və bütün gününü gözəl əhval-ruhiyyə ilə keçirir. Qonşuları qorxutmamaq üçün özünü kilidləmək məcburiyyətində qaldığı şəhər mənzilində isə yuxudan sınmış, yorğun, hirsli və əsəbi vəziyyətdə oyanır.

 

Çox güman ki, lunatiklərin bədəni gördüyü yuxunu yaşayır. Yuxudaykən beynin, bədənin hərəkətliliyini idarə edən bölmələrinin tamamilə bağlanmaması mümkündür. Bəli, reallıqdan tamamilə fərqlənməyən yuxular var və bu zaman bədən reallıqda olduğu kimi hərəkət edir. Insanların işə gecəliklə və ya alt paltarında gəldikləri təqdirdə bütün yol- hərəkət qaydalarına dəqiqliklə riayət edərək avtomobili idarə etdiklərinə dair müxtəlif ölkələrdə sənədləşdirilmiş onlarla hadisə var .

Və başqa bir vəziyyət : gecə yuxudan oyanan qadın yeniyetmə oğlunu yatağının yanındakı kresloda oturmuş görür . Otağında nə etdiyini soruşanda, oğlu film izlədiyini bildirir. O həqiqətən də televizorun ekranına baxırdı. Lakin televizor sönülü idi! Qadın lunatiklərin narahat edilməməsi gərəkdiyini xatırlayaraq onunla söhbəti uzatmadı. Oğlan daha 30 dəqiqə "filmə baxdı" , bəzən başını silkələyirdi, ah çəkirdi və ya gülürdü, ümumiyyətlə reaksiya verirdi. Daha sonra o, sadəcə otağına getdi və yatağına uzandı. Səhər heç nə xatırlamırdı.

Belə hallarda, bədən, artıq işlənmiş alqoritmə uyğun olaraq, reallıqda olduğu kimi hərəkət edir. Amma insanın yuxusuna nə girə bilər ki, o çılpaq şəkildə boruya oturmaq üçün dama qalxsın? Və ya karnizlərdə gəzsin ? Niyə beyin vücudu belə imkansız şeylər etməyə məcbur edir?

Ceyms Parks, səhər tezdən həyat yoldaşının valideynlərinin evinə gələrək qayınatasını döymüş və qayınanasını bıçaqla öldürmüşdür. Bu, məhkəmənin də sübut etdiyi kimi, somnambulizm vəziyyətində edilib. Parksın belə bir hərəkəti etməsi üçün heç bir səbəbi olmayıb. Həyat yoldaşının qohumları ilə onun həmişə gözəl münasibətlər olub. Sanki yuxusunda kiminsə qəddar iradəsi onun gerçəkliyini, xatirələrini və təəssuratlarını dəyişdirdi ki, yaxın insanlarda özünə bir təhlükə gördü və onları öldürməyə getdi.

Psixiatrlar bilirlər ki, hətta güclü hipnoz halında belə insanlar gerçəklikdə qadir olmadıqları işi etməzlər. Uşağa zərər verməyəcək, evi yandırmıyacaq, yüksəklikdən qorxursa dama qalxmayacaq. Ama lunatik yuxusunda dama da çıxır, qohumları da öldürür. Bəs yuxuda şüurun o gizli, amma rəfedilməz sərhədləri hara yoxa çıxır , hansılar ki, ayıq olarkən müəyyən şeyləri etməyə icazə vermirlər?

Belə bir qeyri-adi nəzəriyyə mövcuddur ki, yad iradə bəzi insanların yatan şüuruna asanlıqla daxil olur və reallıq haqqında yanlış fikirləri aşılayaraq onu idarə edir. Heç kimə sirr deyil ki, lunatiklərin əksəriyyəti, psixikası qeyri-sabit olan yeniyetmələrdir. Lunatiklik, həyatın çətin dövrlərində tez-tez meydana çıxır . Insanın həssas və psixoloji cəhətdən belə zəif olduğu zamanlarda kənar birisi onun yuxularına girir, onu yataqdan qaldırır və öz iradəsi ilə hərəkət etdirir. Bu kimin iradəsidir? Kim yuxuda olan insanları kuklaya çevirir? Ən əsası da niyə?

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR