Dərc edildi: Baxış sayı: 719
Lukaşenko yeni seçkilərin keçirilməsindən imtina etdi
“Belarusda prezident seçkiləri baş tutdu, yeni seçkilər olmayacaq”.
“İnterfaks” xəbər verir ki, bunu Prezident Aleksandr Lukaşenko “Minsk Təkər Traktor Zavodu”nun (MZKT) işçiləri ilə görüşdə deyib.
O, həmin yerə oğlu Nikolayla birlikdə helikopterlə gəlib.
“Siz məndən təzyiq altında nəsə edəcəyimi gözləməyin. Onlar olmayacaq. Çünki nə MZKT, nə MAZ, nə də “BelAZ” olmayacaq, yarım ilə biz hər şeyi məhv edəcəyik”, - Belarus lideri bildirib.
Qeyd edək ki, sözügedən şirkətlər Belarusda keçirilən prezident seçkilərinə etirazlarını bildirərək tətil edirlər.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət