Dərc edildi: Baxış sayı: 437
Lukaşenko Ukraynaya gedir: Zelenski ilə görüş
Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabrın 4-də Ukraynaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Səfərdə məqsəd Jitomirdə keçiriləcək Belarus və Ukrayna regionlarının İkinci Forumuna qatılmaqdır.
Lukaşenko burada Ukrayna Prezidenti Vladimir Zelenski ilə də görüşəcək.
“Liderlər müxtəlif sahələrdə Belarus-Ukrayna əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivlərini ətraflı müzakirə edəcək, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”, - məlumatda qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət