Slimfit
  1. DÜNYA

Lukaşenko Putinə Yeni il üçün 4 kisə kartof hədiyyə edib

Lukaşenko Putinə Yeni il üçün 4 kisə kartof hədiyyə edib
Sakura

Lukaşenko Putinə Yeni il üçün 4 kisə kartof hədiyyə edib

 Belarus prezidenti Aleksandr LukaşenkoMoskvaya səfərlərinin birində rusiyalı həmkarı Vladimir Putinə Yeni il tətilində yemək üçün 4 kisə kartof və salo hədiyyə edib.

Report” xəbər verir ki, bunu Lukaşenkonun mətbuat katibi Natalya Eysmont "Belarus-1" telekanalının efirində deyib.

"Deyə bilərəm ki, Aleksandr Qriqoryeviç Vladimir Vladimiroviçə təkcə kartof hədiyyə etməyib…Əslində, bildiyim qədər, Rusiya prezidenti yaxşı salonu çox sevir. Və Aleksandr Qriqoryeviç də bundan xəbər tutaraq… növbəti səfərində özü ilə salo da gətirib… əlbəttə, ən dadlı Belarus salosunu. Ardınca kartof apardı", — deyə RİA "Novosti" Eysmontun sözlərini sitat gətirib.

O qeyd edib ki, söhbət prezident bağında becərilən kartofdan gedir.

Eysmontun sözlərinə görə, haçansa Lukaşenko yarızarafat Putindən soruşub ki, "Belarusdan nə gətirsin?".

"Və cavab məhz belə olub: "Belarusdan başqa nə xahiş etmək olar? Kartof və salo". Cavabımız özünü çox gözlətmədi. Biz bu kartofdan dörd kisə gətirdik", — deyə mətbuat katibi əlavə edib.

O qeyd edib ki, kartoflar fərqli yeməklərin hazırlanması üçün müxtəlif növlərdən olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR