Dərc edildi: Baxış sayı: 503
Lukaşenko: Nazirlərin hesabatlarından sonra yaşamaq istəmirəm
Belarus Prezidenti Aleksandr Lukaşenko prezident işinin çətinliyindən danışıb.
“RİA Novosti” xəbər verir ki, ölkənin tibb universitetlərinin tələbələri ilə görüşdə çıxış edən Lukaşenko tibbi praktikanın prezidentin işi ilə oxşarlığına diqqət çəkib.
Lukaşenkonun sözlərinə görə, dövlət başçısı nazirlərin hesabatlarından sonra “yaşamaq istəmir”, iş gününün sonunda isə yuxuya gedə bilmir.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət