Lukaşenko Merkellə və Makronla danışmaq istəmədi
Belarus prezidenti Aleksandr Lukaşenko təkcə Almaniya kansleri Angela Merkelin deyil, daha bir Avropa liderinin-Fransa prezidenti Emmanuel Makronun telefon zənginə cavab verməyib. Virtualaz.org xəbər verir ki, bu haqda Estoniyanın baş naziri Yuri Ratas açıqlayıb.
“Telefon zəngləri haqda xahişlər Avropa liderlərindən habelə Minskə, Aleksandr Lukaşenkoya göndərilmişdi, amma o cavab vermədi və dəstəyi götürmədi”,-o deyib. Baş nazir qeyd edib ki, Makron və Merkel Belarusdakı vəziyyəti müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinə də zəng vurublar. Estoniya hökumətinin rəhbərinin fikrincə, Moskva Belarusla bağlı məələlərdə mühüm rol oynayır.
Lukaşenkonun Merkelin telefon zənglərinə cavab vermədiyi avqustun 19-da açıqlanmışdı. Bildirilirdi ki, kansler ona bir neçə dəfə zəng vurub və danışmaq istəyib. Amma Lukaşenko cavab verməyib. Daha sonra Lukaşenko Putindən xahiş edib ki, Merkelə Belarusun işlərinə qarışmamaq barədə onun dediklərini çatdırsın.
Mənbə: Virtualaz.org
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət