Slimfit
  1. DÜNYA

Lukaşenko İrəvanda Azərbaycan prezidenti haqda danışdı

Lukaşenko İrəvanda Azərbaycan prezidenti haqda danışdı
Sakura

Lukaşenko İrəvanda Azərbaycan prezidenti haqda danışdı

“Məsələ burasındadır ki, siz mənim dostumsunuz. Həmçinin Azərbaycan prezidenti də uzun illərdir yaxşı dostdur. Elə isə mən nə etməliyəm? Mən Ermənistana da, Azərbaycana da çox yaxşı münasibətdəyəm. Biz Ermənistanın maraqlarına uyğun işləməyə hazırıq”.

Belorus prezidenti Aleksandr Lukaşenko Ermənistan paytaxtında baş nazir Nikol Paşinyanla görüş zamanı bu sözləri deyib. Qarabağa qanunsuz səfərlər etmiş blogger Lapşini Azərbaycana təhvil verməklə, həmçinin KTMT baş katibi postuna iddia etməsinə baxmayaraq, N.Paşinyanın istəklərinə “yox” deməklə Ermənistan rəhbərliyini peşman etmiş Belorus lideri bu dəfə bir sıra yumşaq mesajlar verib. O, deyib ki, ermənilərin ona yaxşı münasibət bəslədiyini bilir. Belorus prezidenti daha sonra qeyd edib ki, Ermənistana münasibətdə Belorusun dost siyasəti heç zaman dəyişməyəcək.

Qeyd edək ki, Lukaşenko 1 oktyabrda İrəvanda keçiriləcək iclasda iştirak etmək üçün işğalçı ölkəyə səfər edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR