Slimfit
  1. AZƏRBAYCAN

Lukaşenko: Dedim beş rayonu qaytarın, lazım olsa Qarabağa qoşun yeridəcəyik

Lukaşenko: Dedim beş rayonu qaytarın, lazım olsa Qarabağa qoşun yeridəcəyik
Sakura

Lukaşenko: Dedim beş rayonu qaytarın, lazım olsa Qarabağa qoşun yeridəcəyik

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya mətbuat nümayəndələri ilə görüşü zamanı Rusiya və Belarusun Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı naminə daha əvvəl edilən təkliflər barədə söz açıb.

Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, dövlət başçısı bu məsələnin hələ Yerevanda Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) sammitlərinin birində Ermənistanın prezidenti Serj Sarqsyan olduğu zaman müzakirə edildiyini qeyd edib.

O, Azərbaycan və Ermənistan liderlərini kompromisə gedərək bu məsələni birlikdə həll etməyə çağırıb. 

Bununla belə Belarus və Rusiya həmrəy mövqe tutaraq ehtiyac olduğu təqdirdə təhlükəsizliyin təmini məqsədilə silahlı qüvvələrin də yeridilməsinə söz veriblər. 

“Sonra açıq-aydın dedim: qulaq as, onların dediyi kimi yeddi rayon işğal olunub. Və Putinlə mən həmrəy mövqe tutduq (bu İrəvanda KTMT-nın sammitində baş verib): Serj, bu beş rayonu qaytar. Onların qaytarılmamasının səbəbi nədir, onlar onsuz da boşdur. O cavab verir: əgər qaytarsam, onlar orada yolu kəsəcəklər, Qarabağı alacaqlar və s.

Və biz Putinlə aydın söz verdik ki, öz qoşunumuzu yeridəcəyik və buna imkan verməyəcəyik (bunu azərbaycanlıların yanında deyirdik). O dedi: xeyr, biz bunu etməyəcəyik, biz bunu istəmirik”, - deyə Belarus lideri bildirib. 

A.Lukaşenko deyib ki, bu onu təəccübünə səbəb olub: 

“Niyə istəmirlər? Beş rayon boş qalıb. Bu ilk addımdır. O zaman Azərbaycan və Ermənistan həm Kollektiv Təhlükəsizlik Təşkilatında, həm də Avrasiya İqtisadi Şurasında olardı. Bu elə bir şərt idi ki, Azərbaycan bu təşkilatlara daxil olar bilərdi. Siz niyə imtina etdiniz? Yaxşı, Belarusu anlamaq olar, axı Rusiya da zəmanət verirdi ki, sizin də Azərbaycana məxsus olduğunu etiraf etdiyiniz bu rayonlar qaytarılsa orada heç vaxt müharibə olmayacaq. Söhbət Qarabağdan getmirdi”, - Prezident əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR