Dərc edildi: Baxış sayı: 545
Lukaşenko Belarusu tərk edib? - Özü açıqladı
“Ölkəni tərk etməmişəm”.
Ens.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus prezident seçkilərində 6-cı dəfə qalib gələn Aleksandr Lukaşenko deyib.
O, haqqında çıxan ölkəni tərk etməsi iddialarını təkzib edib: “Hələ də həyatdayam və xaricdə deyiləm”.
Lukaşenko etiraz aksiyalarına görə bəzi iş yerlərininin bağlanması təklifinə etirazını bildirib: “Biz müəssisələri bağlasaq, təqibləri onları bazardan çıxaracaq. Dayansaq, istehsalatda əsla əvvəlki normanı saxlaya bilməyəcəyik. İnsanlara bunu açıqlamaq lazımdır. İndi işləyirsinizsə, işləyin, tətil edirsinizsə, edin”.
Qeyd edək ki, BelAZ avtomobil fabriki ötən gün işçilərini milli tətilə çıxmaq üçün çağırış edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət