Dərc edildi: Baxış sayı: 482
Lukaşenko Belarus və Rusiyanın birləşməsindən danışdı
Belarus və Rusiya prezidentləri ittifaq dövləti yaradılmasına dair müqaviləni pozmamağa qərar verib.
Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Əgər biz müqaviləni pozsaq, o zaman bu vaxta qədər yaradılmış hər şeyi məhv edəcəyik”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, sözügedən razılaşma bu gün də aktualdır və hələlik tam miqyasda yerinə yetirilməyib. Tərəflər isə bu mənada artıq çərçivələri müəyyən ediblər.
Lukaşenko həmçinin hazırda iki dövlətin birləşdirilməsinə dair danışıqların məqsədəuyğun olmadığını qeyd edib.
“Biz addım-addım irəliləməyə qərar vermişik”, - Lukaşenko bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət