Dərc edildi: Baxış sayı: 761
Lüis Hemilton Monako Qran-prisinin qalibi olub
"Formula 1" üzrə Monako Qran-prisinə yekun vurulub.
"Report"un məlumatına görə, qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb.
O, 78 dövrəlik mübarizənin yekununda finişə 1 saat 43 dəqiqə 28,437 saniyəyə çatıb. İkinci yeri "Ferrari" pilotu Sebastyan Fettel tutub. Üçüncü yer isə Hemiltonun komanda yoldaşı Valtteri Bottasa qismət olub.
Əslində finişə ikinci yerdə "Red Bull" pilotu Maks Ferstappen çatıb. Amma o, yarışın gedişində pit-stopa təhlükəli girişi üzündən 5 saniyə cərimələnib. Bu səbəbdən, Ferstappen yekunda 4-cü olub.
Qeyd edək ki, bu, britaniyalı 5 qat dünya çempionu Lüis Hemiltonun karyerasında 77-ci qələbəsi olub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət