Dərc edildi: Baxış sayı: 767
“Lotus” şirkəti yeni hiperkarın istehsalı ilə bağlı məlumat verib
“Ölkə.Az” xəbər verir ki, yeni model gələn il rəsmi olaraq debüt edəcək. Mühəndislərin hazırladığı yeni avtomobil “Omega” adlandırılıb. Bir modelin qiyməti 2.2 milyon avrodur.
Gələn il sərgilərin birində modelin prototipi təqdim ediləcək. Sonra isə seriya istehsalının təqdim edilməsi planlaşdırılır.
İstehsalçı avtomobili elektrik mühərriki ilə təchiz etməyi planlaşdırır. Kapotun altında bir neçə mühərrik olacaq. Aqreqatlar ümumi olaraq 1000 at gücü hasil edəcək. Bir batareya ilə avtomobil 400 km-dən çox məsafə qət edəcək. “Omega”nın texniki xarakteristikası barədə əlavə məlumat verilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət