Dərc edildi: Baxış sayı: 460
Lotereyadan qazandığı pulla azarkeşi olduğu klubu satın aldı
Şotlandiya futbolunda maraqlı hadisə baş verib.
“Yeni Sabah” xəbər verir ki, yerli azarkeş Kolin Veyr Şotlandiya Çempionşipində çıxış edən “Partik Tisl” klubunu satın alıb.
İllərdir ki, kluba maddi yardım göstərən 71 yaşlı azarkeş lotereyadan qazandığı 161 milyon sterlinqin 2.5 milyonunu öncə kluba bağışlayıb. Daha sonra isə, Veyr klubu tam satın alıb.
Onun işi bununla da bitməyib. Belə ki, klub rəhbəri klubun 55 faizlik hissəsinə azarkeşlər dərnəyinə verəcək. Bununla bağlı artıq müəyyən işlər görülür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət