Dərc edildi: Baxış sayı: 669
Lotereyadan 107 milyon qazandı
Belçika sakini Avropanın 9 ölkəsində 200 milyon nəfər arasında keçirilən “EuroMillions” (Avromilyon) lotereyasında 107 milyon avrodan çox məbləğdə cek-pot qazanıb.
Bu barədə lotereyanı təşkil edən qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “EuroMillions” sayəsində hər il Belçikanın bir neçə sakini milyonçuya çevrilir.
2016-cı ildə Brüssel küçələrində təmizlik işləri ilə məşğul olan bir sakin 168 milyon avro dəyərində cek-pot qazanmışdı. 2017-ci ildə isə iki xoşbəxt belçikalı lotereyada müvafiq olaraq 153 və 23 milyon avro dəyərində cek-pota sahib olmuşdu.
Mənbə : Mətbuat.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət