Dərc edildi: Baxış sayı: 533
Lotereyada eyni nömrələri istifadə etməklə varlandı
Lotereyada təkcə bəxt gətirməməlidir, həm də müəyyən strategiya olmalıdır. ABŞ-ın Boui şəhərində yaşayan 62 yaşlı kişi məhz xüsusi taktika sayəsində böyük pul qazanıb.
Bizimyol.info xəbər verir ki, anonimliyi qorunan Merilend ştat sakini 10 il “Cash 5” lotereyasında eyni rəqəmlərdən istifadə edib. Axırda istəyinə çata bilib. Lotereya həvəskarı 50 min dollarlıq uduşun sahibi olub.
Qalib deyir ki, əvvəl-axır strategiyanın effekt verəcəyinə inanırdı. Buna baxmayaraq, uduşu görəndə gözlərinə inanmayıb.
Amerikalı danışır ki, bir dəfə lotereya bileti almağa imkan tapmayıb. Həmin gün bəxt başqasının üzünə gülüb. Yəni xoşbəxt rəqəmləri tamam ayrı adam yazıbmış.
Kişi bu pula özünə yeni paltaryuyan maşın və qaraş üçün qapı alacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət