Dərc edildi: Baxış sayı: 479
Los-Ancelesdə şənlik təşkil edənlərin su və işığı kəsiləcək
Mövcud pandemiya şəraitində qadağan edilmiş şənliklər təşkil edəcək Los-Anceles şəhərinin sakinlərinin su və elektrik enerjisini kəsiləcək.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə məlumatı şəhər meri Erik Qarsetti verib.
O qeyd edib ki, bu addım şəhərdə koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, Los-Anceles dairəsində 197 mindən çox yoluxma və COVID-19 nəticəsində 4 825 ölüm halı qeydə alınıb. Los-Ancelesin yerləşdiyi Kaliforniya ştatı ABŞ-da yoluxma sayına görə liderdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət