Dərc edildi: Baxış sayı: 167
Londonun İrəvanla bağlı açıqlamasına Moskvadan cavab
Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin sözləri Qərbin Ermənistanı Rusiyaya qarşı yönəlmiş alətə çevirmək istəyinin birbaşa təsdiqidir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi bildirib.
"Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların antirusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir”, - XİN-dən verilən bəyanatda vurğulanıb.
Qeyd edək ki, daha öncə C.Hippi açıqlamasında ölkəsinin Ermənistanı Rusiya qarşısında dəstəkləməyə hazır olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət