Slimfit
  1. DÜNYA

Londonda zibil konteynerindən məxfi sənədlər tapılıb

Londonda zibil konteynerindən məxfi sənədlər tapılıb
Sakura

Londonda zibil konteynerindən məxfi sənədlər tapılıb

Londonun şimal bölgəsində bir zibil konteynerindən Porton Daundakı Müdafiə Elmi və Texnologiya Laboratoriyasının məxfi sənədləri tapılıb.

Report” yerli KİV-ə istinadən xəbər verir ki, zibilin içindən çıxan minlərlə vərəqlik sənədlərdə şəxsi məlumatlar, mühafizə avadanlığı barədə məlumat, mərkəzin ətraflnda keşik çəkən polisin vəzifələri, hətta kompüter sistemlərinin parolu belə göstərilir. Sənədlər ötən əsrin 80-cı illərinin əvvəlindən tutmuş 2017-ci ilin sonunadək böyük zaman kəsiminə aiddir.

Böyük Britaniya Müdafiə Nazirliyindən bununla bağlı araşdırma başladığını bildiriblər.

Qeyd edək ki, Salsböri şəhərinin 18 kilometrliyində yerləşən Porton Daun Hərbi Tədqiqatlar Mərkəzi 2018-ci ilin mart ayında Rusiya hərbi kəşfiyyatının keçmiş zabiti və qızının öldürülməsində istifadə olunmuş zəhərli maddənin Rusiyada hazırlanması barədə Baş nazir Tereza Mey tərəfindən ortaya atılmış iddianı təkzib etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR