Dərc edildi: Baxış sayı: 486
Londonda etirazçılar Trampı belə qarşıladılar
Əlində smartfon və əynində uşaq bezi ilə təsvir edilən Amerika liderinin şəkli olan şar Londonun mərkəzində havaya buraxılıb. FaktXeber.com-un məlumatına görə, etiraz edən aktivistlər Britaniya paytaxtında Ağ Ev sahibinə etirazlarını bu yolla bildiriblər.
Bu münasibətlə Britaniya Parlamentinin binası qarşısında 60 minə qədər adamın toplanacağı düşünülür.
Qeyd edək ki, iyulun 12-də Böyük Britaniyaya gələn Trampı Meydən əlavə minlərlə etirazçı da qarşılayıb.
Mənbə: Faktxəbər.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət