Slimfit
  1. AZƏRBAYCAN

Londonda Azərbaycan dilində “Bilik” məktəbi açılıb

Londonda Azərbaycan dilində “Bilik” məktəbi açılıb
Sakura

Londonda Azərbaycan dilində “Bilik” məktəbi açılıb

Londonda Azərbaycan dilində tədris verən “Bilik” məktəbinin açılışı olub.

APA-nın London bürosunun verdiyi xəbərə görə, açılışda Londonda yaşayan azərbaycanlı Aynur Hüseynova bu təşəbbüslə Britaniya paytaxtında yaşayan azərbaycanlı valideynlərin çıxış etdiyini deyib: “Biz istədik ki, uşaqlarımız vətənlərindən uzaqda yaşamalarına baxmayaraq, ana dillərində öyrənmək, vətəni sevmək, öz tarixləri, mədəniyyətləri ilə yaxından tanış olmaq imkanına sahib olsunlar”.

Qeyd edək ki, 4 yaşından etibarən uşaqlar “Bilik” məktəbinə yazıla biləcək. Dərslər həftənin bazar günləri keçiriləcək. “Bilik” məktəbinin əsas məqsədi Vətəndən uzaq olan həmvətənlərimizə dəstək olmaq, Azərbaycan dilini, mədəniyyətini və adət-ənənələrini aşılamaqdır.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR