Slimfit
  1. DÜNYA

London Kiyevə yeni hərbi yardım paketi ayırır

London Kiyevə yeni hərbi yardım paketi ayırır
Sakura

London Kiyevə yeni hərbi yardım paketi ayırır

Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatları və tanklar da daxil olmaqla yeni hərbi yardım paketi göndərməyi qərara alıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

“150 milyon funt sterlinq (təxminən 186 milyon ABŞ dolları – red.) dəyərində yeni hərbi yardım paketinə dronlar, tanklar və hava hücumundan müdafiə sistemləri daxildir”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, yardım paketinə minlərlə dron, onlarla tank və zirehli texnika, həmçinin Ukraynanın mövcud hərbi texnikasının texniki qulluğu üçün böyük müqavilələr daxildir.

 

Xatırladaq ki, daha əvvəl "Reuters" agentliyi öz mənbələrinə istinadən Kiyevə yeni hərbi yardım paketinin ayrılması barədə məlumat vermişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR