Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Lobyanın sağlamlığa faydaları – Xərçəngdən də qoruyurmuş!

Lobyanın sağlamlığa faydaları – Xərçəngdən də qoruyurmuş!
Sakura

Lobyanın sağlamlığa faydaları – Xərçəngdən də qoruyurmuş!

Lobyanın bir çox faydaları xüsusiyyətləri var. Qida mütəxəssisləri qeyd edir ki, lobya güclü xərçəng əleyhinə təsirə malikdir.

Onun tərkibində olan fenol birləşmələri kanserogen maddələrin orqanizmə olan təsirini azaldır. Tünd rəngdə lobya bu mənada daha faydalıdır.

Bundan əlavə lobyanın tərkibində olan flavonoidlər ürək-damar sisteminə çox müsbət təsir edir, təzyiqi salmağa yardım edir.

Saglamolun.az bildirir ki, liflərin sayəsində lobya bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini aşağı salır.

Lobya arginin maddəsi ilə zəngindir. Bu maddə qanda şəkəri salmağa yardım edir.

Araşdırmalar göstərib ki, lobya orqanizmdə piyin miqdarını azaltmağa və arıqlamağa da kömək edir.

Mütəxəssislər həftədə 2-3 dəfə bişmiş lobyanı yeməyi tövsiyə edirlər.

Bildiyimiz kimi, lobya qarında köpə səbəb olur. Bu təsiri azaltmaq üçün lobyanın ən azı 12 saat ərzində soyuq suda isladın, sonra suyu süzün, lobyanı yaxşı yuyun və hazır olana qədər bişirin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR