Slimfit
  1. DÜNYA

Liviyada Türkiyə ilə Rusiya arasında hərbi toqquşmanın mümkünsüzlüyü bildirildi

Liviyada Türkiyə ilə Rusiya arasında hərbi toqquşmanın mümkünsüzlüyü bildirildi
Sakura

Liviyada Türkiyə ilə Rusiya arasında hərbi toqquşmanın mümkünsüzlüyü bildirildi

Türkiyənin Ədalət və İnkişaf partiyasının mətbuat katibi Ömər Çelik Liviyada Türkiyə ilə Rusiya arasında hərbi toqquşmanın mümkünsüzlüyünü bildirib.

“RİA Novosti” xəbər verir ki, hakim partiyanın rəsmisi bunu jurnalistlərlə söhbətində açıqlayıb.

Onun sözlərinə görə, türk hərbçiləri Liviyada qanuni hökuməti müdafiə etmək istəyənlərə təlimlər keçəcək.

“Biz Liviyada işğalçı deyilik. Həftarı dəstəkləyən Rusiya ilə bizim aramızda toqquşma haqqında söhbət belə gedə bilməz”, - deyə Ö.Çelik bildirib.

Daha əvvəl ABŞ-ın Dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Devid Şenker Rusiyanı və “Vaqner” özəl hərbi şirkətini Liviyada qeyri-sabitlik yaratmaqda suçlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR