Dərc edildi: Baxış sayı: 479
Liviya hərəkatı: Türk komandoslara ağır iş tapşırıldı
Liviyaya gedəcək hərbi komandanların 10 saniyə belə yatmağa vaxtı olmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri türk hərbi ekspert Mete Yarar deyib.
O, Liviya hərəkatının “Sülh çeşməsi” əməliyyatından daha ağır keçəcəyini bildirib:
“Türkiyə müharibənin ortasında olmayacaq. Prezident də bunu bildirdi. “Sülh çeşməsi” əməliyyatından ən azı 3 dəfə ağır əməliyyatlar həyata keçiriləcək. Ora gedəcək komandanların 10 saniyə belə mürgüləməyə vaxtı olmayacaq”.
Qeyd edək ki, türk hərbçilərindən ibarət ilk birləşmələr artıq Liviyaya çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət