Dərc edildi: Baxış sayı: 515
“Liverpul”a 1/8 final üçün 1 qol bəs etdi
Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/16 final mərhələsinin təkrar oyunları keçirilir.
Matc.az xəbər verir ki, əslində bu mərhələdə qaliblər bir oyuna müəyyənləşir. Lakin həmin oyunlarda ilk 90 dəqiqə ərzində qalib bəlli olmasa, komandalar təkrar qarşılaşma keçirmək məcburiyyətində qalırlar.
1/16 final mərhələsində də 6 qarşılaşmada qalib müəyyənləşməmişdi. Bu üzdən də həmin kollektivlər təkrar üz-üzə gəliblər. “Liverpul” “Şrusberi”ni, “Ridinq” “Kardiff Siti”ni, “Nyukasl” “Oksford”u, “Birmingem” “Koventri Siti”ni, “Derbi Kaunti” də “Northempton”u məğlub etməklə növbəti mərhələyə vəsiqə qazanıb. Sonuncu təkrar qarşılaşma isə “Tottenhem”lə “Sauthempton” arasında baş tutacaq.
İngiltərə Federasiya Kuboku
1/16 finalın təkrar oyunları
4 fevral
Liverpul – Şrusberi 1:0 (ilk oyun 2:2)
Derbi Kaunti – Northempton 4:2 (ilk oyun 0:0)
Kardiff Siti – Ridinq 3:3 (penaltilər 1:4) (ilk oyun 1:1)
Birmingem – Koventri – 2:2 (penaltilər 4:1) (ilk oyun 0:0)
Oksford – Nyukasl 2:3 (ilk oyun 0:0)
5 fevral
23:45. Tottenhem – Sauthempton (ilk oyun 1:1)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət