'Liverpul' Britaniyanın ən məşhur klubu elan edilib
Hazırda Böyük Britaniyanın ən məşhur futbol klubu "Liverpul"dur.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə “YouGov-FootballIndex” bildirib.
Futbolla maraqlanan britaniyalıların 8,3%-i Çempionlar Liqasının hazırkı qalibini dəstəkləyirlər. Reytinqdə ikinci yerdə "Mançester Yunayted" qərarlaşıb. Britaniyanın futbol azarkeşlərinin 6%-i bu komandanı seçib.
Təxminən 3,1% azarkeş London "Çelsi"sini dəstəkləyir. İngiltərə Premyer Liqasının hazırkı çempionu "Mançester Siti" "Arsenal"la (2%) 4-5-ci yerləri bölüşürlər.
Böyük Britaniyanın 10 ən məşhur komandasının siyahısında həmçinin "Tottenhem Hotspur", "Vulverhempton Uonderers", "Nyukasl Yunayted", Liverpul "Everton"u və Birminhem "Aston Villa"sı yer alıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət