Slimfit
  1. DÜNYA

Livanın yeni Baş nazirinin adı açıqlandı

Livanın yeni Baş nazirinin adı açıqlandı
Sakura

Livanın yeni Baş nazirinin adı açıqlandı

Livanın yeni Baş naziri bəlli olub.

Publika.az "France 24"ə istinadla xəbər verir ki, Livan Prezidenti Mişel Aun namizədliyi irəli sürülən Mustafa Adibi Baş nazir postuna təsdiqləyib.

Mustafa Adib rəsmi məsləhətləşmələrdə Livan parlamentinin 66 parlamentarisinin də dəstəyini qazanıb.

Livan parlamentində adətən 128 parlamentari təmsil olunur, lakin avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra 8 parlamentari istefa verib.

2013-cü ildən Livanın Almaniyadakı səfiri olan Mustafa Adibinin bu posta namizədliyini Livanın keçmiş Baş naziri və ölkənin ən böyük sünni partiyasının lideri Saad əl-Həriri, Hizbullah hərəkatı və Valid Cumblattın lideri olduğu Proqressiv Sosialist Partiyası da dəstəkləyib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra hökumətin istefasını tələb edən kütləvi aksiyalar keçirilmiş və beləliklə Livan hökuməti istefa vermişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR