Slimfit
  1. DÜNYA

Livanın müdafiə naziri Azərbaycana qarşı Ermənistana kömək təklif etdi

Livanın müdafiə naziri Azərbaycana qarşı Ermənistana kömək təklif etdi
Sakura

Livanın müdafiə naziri Azərbaycana qarşı Ermənistana kömək təklif etdi

Livanın müdafiə naziri Elias Bu Saab Yerevana səfəri zamanı bəyan edib ki, onun ölkəsi İsrailin pilotsuz uçan aparatlarına qarşı mübarizə təcrübəsini Ermənistanla bölüşəcək.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Elias Bu Saab Livanın İsraillə müharibə vəziyyətində olduğunu, nəticədə müntəzəm olaraq dron hücumları ilə qarşılaşdığını deyib. Onun sözlərinə görə, avqust ayında İsrailin buraxdığı dron az qala Beyruta gedib çıxmışdı.

“Sizdə də belə təhdidlər var. Sizin sərhədlərinizi də dronlar pozur və ya pozmaqla təhdid edir. Bir-birimizə belə çağırışarı aradan qaldırmaqda kömək edəcəyik”,-nazir Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Azərbaycan İsraildən pilotsuz uçan aparatların geniş çeşidini, o cümlədən minlərlə kilometr məsafədə kəşfiyyat apara bilən “Heron” pilotsuz kəşfyyat təyyarələrini, habelə “Harop” zərbə pilotsuz aparatlarını və bir çox taktiki PUA-ları əldə edib. Habelə özü həmin PUA-ların istehsalını həyata keçirir. Livanın İsrail PUA-larına qarşı mübarizədə guya yaxşı təcrübəyə malik olması barədə deyilənlər isə qeyri-ciddi görünür. Çünki Livan ancaq hansısa xırda pilotsuz aparatları vura, yaxud onları xüsusi qurğularla zərərsizləşdirə bilərdi. Beyruta qədər gedib çıxan PUA-da bu tipli aparat idi və kustar üsulla bərkidilmiş partlayıcı daşıyırdı. Hansı ki, İsrail ordusu belə PUA-lardan istifadə etmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR