Dərc edildi: Baxış sayı: 609
Litvanın Rusiyadakı səfiri geri çağırılıb
Litvanın Xarici İşlər Nazirliyi ötən gün ölkənin Rusiyadakı səfir Ramigius Motuzası məsləhətləşmələr üçün geri çağırdıqları barədə qarşı tərəfi xəbərdar edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məsləhətləşmə səfirliyin elektron ünvanına gələn hədə-qorxu məzmunlu məktubla əlaqədardır.
Bununla yanaşı, R.Motuzasa viza verilməsində pozuntularla bağlı məhkəmə öncəsi araşdırmada xüsusi şahid statusunun da verildiyi bildirilir.
Səfirin bir həftə müddətinə geri çağırıldığı qeyd olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət