Slimfit
  1. DÜNYA

Litvada tibbi vasitələrin istehsalatı ilə məşğul olan şirkətin çoxsaylı əməkdaşı karantinə alınıb

Litvada tibbi vasitələrin istehsalatı ilə məşğul olan şirkətin çoxsaylı əməkdaşı karantinə alınıb
Sakura

Litvada tibbi vasitələrin istehsalatı ilə məşğul olan şirkətin çoxsaylı əməkdaşı karantinə alınıb

140-dan çox əməkdaşımız tədric edilib, təxminən 180 nəfər test müayinəsindən keçib.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri "Intersurgical" müalicə vasitələrinin istehsalı üzrə şirkətin baş direktoru Siqitas Jvirblis söyləyib.

Litvanın Milli İctimai Səhiyyə Mərkəzinin yaydığı məlumata görə, hazırda Pabrade şəhərində qeydə alınan yoluxma hallarından 24-ü "Intersurgical" şirkətinin payına düşür.

S. Jvirblis bildirib ki, təxminən 2,5 min nəfərin çalışdığı şirkətdə yoluxma hallarının böyük qisminin Moletay şəhərindəki infeksiya mənbələrindən qaynaqlanıb. Onun sözlərinə görə, yoluxma hallarının əksəriyyətinə insanları işə gətirən avtobus səbəb olub, yoluxma riski isə xarici amillər ilə bağlıdır.

Baş direktor istehsal həcmlərinin bir qədər azaldıldığını, lakin hazırkı durumda təşvişə düşməyin gərəksiz olduğunu bildirib. S. Jvirbilisin sözlərinə görə, indi əsas olan yoluxma sayını minimuma endirmək və onun yayılmasının qarşısını almaqdır ki, insanlar bu virusa yoluxmasınlar.

Qeyd edək ki, "Intersurgical" şirkəti karantin dövründə ölkənin tibb işçilərini qoruyucu vasitələrlə təmin edən Litvada aparıcı şirkətlərindən biridir. Şirkətlə mart ayının sonunda 1 milyon ədəd respiratorun istehsalı üzrə müqavilə imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR