Litvada ikili vətəndaşlıq olmayacaq
Mayın 12-də Litvada prezident seçkiləri ilə yanaşı, qanuna edilməsi nəzərdə tutulan iki dəyişiklik barədə referendum da keçirilib.
AZƏRTAC ölkənin Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına istinadla xəbər verir ki, Litva parlamentində mandat sayının 141-dən 121-ə salınması ilə bağlı referendumda cəmi 47,3 faiz seçici səs verib. Bu isə yetərli deyil. Qeyd edək ki, referendumda iştirak edən seçicilərin 34,8 faizi sayın azaldılmasının lehinə səs verib.
Xarici ölkə vətəndaşlığı almış litvalıların ölkə vətəndaşlığının saxlanması ilə bağlı keçirilən referenduma qatılan seçicilərin sayı da yetərincə olmayıb. Referendumda iştirak edən seçicilərin 37,7 faizi ikili vətəndaşlığa müsbət baxdığını bildirsə də, bu rəqəm dəyişiklik üçün kifayət deyil.
Ümumilikdə isə referendum baş tutmuş hesab olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət