Slimfit
  1. DÜNYA

Litva "Vaqner" təhlükəsinə qarşı hərəkətə keçir: yeni plan hazırlanmalıdır

Litva "Vaqner" təhlükəsinə qarşı hərəkətə keçir: yeni plan hazırlanmalıdır
Sakura

Litva "Vaqner" təhlükəsinə qarşı hərəkətə keçir: yeni plan hazırlanmalıdır

“Rusiyada “Vaqner” Xüsusi Hərbi Şirkətinin hərəkətləri ilə əlaqədar təhlükəsizlik sahəsində durumun gərginləşməsi Litvanın kəşfiyyat fəaliyyətini gücləndirməsini və dövlət sərhədinin tam mühafizəsi üzrə yeni plan hazırlamasını tələb edir”.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,  bunu Litva Prezidenti Gitanas Nauseda öz təşəbbüsü ilə keçirilən Dövlət Müdafiə Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Belarus və Rusiyanın Kalininqrad vilayətinə münasibətdə şərq istiqamətində vəziyyəti qiymətləndirmək üçün kəşfiyyat fəaliyyətini gücləndirmək lazımdır. Çünki “Vaqner”in bir hissəsi belə qeyri-müəyyən niyyətlərlə Belarus ərazisində qalsa, bu, Litva üçün sərhəd mühafizəsinin gücləndirilməsi zərurəti deməkdir”, - o bildirib.

Prezident qeyd edib ki, tezliklə sərhədin tam mühafizəsi üçün yeni planın təsdiq edilməsi də eyni dərəcədə vacibdir: “Daxili İşlər Nazirliyi və ordu sərhədin mühafizəsinə hərbçilərin cəlb edilməsi məsələlərində dəqiq razılığa gəlməlidir ki, o, saat mexanizmi kimi işləsin”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR