Dərc edildi: Baxış sayı: 225
Litva NATO-dan ölkə ərazisində əlavə sursat ehtiyatı saxlamağı xahiş edib
Litva Şimali Atlantika Alyansının rəhbərliyinə öz ərazisində sursat ehtiyatı anbarının təşkili xahişi ilə müraciət edəcək.
APA-nın məlumatına görə, bunu cümə axşamı jurnalistlərə müdafiə naziri Arvidas Anusauskas deyib.
“NATO-nun hazırlanmaqda olan müdafiə planları Litvanın daxil olduğu alyansın Şərq cinahı regionunda əlavə arsenalın saxlanması üçün şəraiti nəzərdə tutmalıdır ki, sursat bütün Avropa vasitəsilə daşınmasın”, - o deyib.
Nazirin sözlərinə görə, bu ərəfədə Litva lazımi infrastrukturu genişləndirir.
"2024-cü ildə biz 30-a yaxın silah-sursat anbarı tikəcəyik" - Anusauskas əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət