
Dərc edildi: Baxış sayı: 148
Litva hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verdi
Litva qısa mənzilli zenit-raket komplekslərini (SAM) Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki,bu barədə məlumat Litva Müdafiə Nazirliyinin saytında dərc olunub.
Məlumata görə, idarə ötən həftənin sonunda Ukrayna ərazisində Ukrayna Silahlı Qüvvələrinə qısa mənzilli hava hücumundan müdafiə sistemləri və raketləri təhvil verib. Məlumatda komplekslərin sayı, xüsusiyyətləri və sursatların miqdarı açıqlanmır.
Qeyd olunur ki, 2022-ci ildən Litva Kiyevə 767 milyon avrodan (78,7 milyard rubl) çox hərbi yardım göstərib .
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət