Dərc edildi: Baxış sayı: 542
Litva Belarusa nota göndərib
Litva hava məkanının pozulmasına görə Belarusa nota göndərib.
Bu barədə Litvanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Belarus tərəfinə məxsus Mi-24 helikopteri avqustun 23-də saat 18:50 radələrində Medininkai kəndi yaxınlığında Litva sərhədini keçib.
“Onların vertolyotu hava məkanımızı pozdu. Bu gün Belarus səfirinə qətiyyətli etiraz notası göndərildi”, - Xarici İşlər naziri Linas Linkaviçyus bildirib.
Qeyd edək ki, bu gün Belarus Müdafiə Nazirliyi də Litva tərəfdən “səkkiz şar zondu” ilə ölkənin hava məkanını pozma cəhdinin qeydə alındığını açıqlamışdı.
Mənbə: Virtualaz.org
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət