Slimfit
  1. İQTİSADİYYAT

Lirənin ucuzlaşma ssenariləri - Türkiyə nə edir?

Lirənin ucuzlaşma ssenariləri - Türkiyə nə edir?
Sakura

Lirənin ucuzlaşma ssenariləri - Türkiyə nə edir?

Bu gün səhər saatlarında Türkiyədə dollar 23 lirəni, avro isə 24,86 lirəni keçərək yeni tarixi zirvələrinə çatıb. Prezident seçkilərinin ardından lirənin sürətlə dəyər itirməsinin qardaş ölkənin iqtisadiyyatına təsirləri müzakirə olunan məsələlərdən biridir. Eləcə də, maliyyə və xəzinə naziri postuna yeni təyinat və idarəçilikdə yeni komandanın ardından proseslərin hansı yöndə cərəyan edəcəyi, Türkiyə iqtisadiyyatını nələrin gözlədiyi də maraq doğuran məsələlərdən biridir.

İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, hazırda Türkiyə iqtisadiyyatında əsas narahatedici məqam inflyasiyanın yüksək olmasıdır: “Baxmayaraq ki, inflyasiya 70-75% hədlərindən 40%-in altına enib, Türkiyə iqtisadiyyatında hazırda narahatedici məqam inflyasiyanın yüksək olmasıdır. Lakin Türkiyə iqtisadiyyatında cari ilin ilk 4 ayında iqtisadi artım 4% təşkil edib. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda iqtisadi artım 0,1%-dir. 2022-ci ildə isə Türkiyədə 5,6% artım qeydə alınıb. Yenə də, iqtisadi artım Azərbaycandan 2 dəfə çoxdur. Pandemiya, zəlzələ, Rusiya-Ukrayna müharibəsinin fəsadlarına baxmayaraq Türkiyə iqtisadiyyatı böyüyür”.


Lirənin ucuzlaşmasına gəlincə, ekspert bildirib ki, Türkiyə bahalı lirə istəmədiyini daha öncə də elan etmişdi:

Lirənin ucuzlaşması ilə bağlı müxtəlif ssenarilər var. Bəziləri Türkiyədə dolların ilin sonuna qədər 25-26 lirəyə yüksələcəyini proqozlaşdırır. Bu proqnozlar prezident seçkilərinin nəticələri bəlli olandan sonra yeniləndi. Böyük investisiya bankları, maliyyə təşkilatları Türkiyədə dolların bahalaşacağı ilə bağlı proqnozlarını yüksəltdi”.

X. Kərimli maliyyə naziri postuna yeni təyinatdan sonra Türkiyə iqtisadiyyatında gözlənilən dəyişikliklərə də toxunub: “Maliyyə naziri olaraq yeni təyin olunan Mehmet Şimşeyin ilkin çıxışlarında elmi yanaşmalara üstünlük verdiyini, bazarın dostu olduğunu gördük. Bu, müsbət çağırışlardır. Əvvəlki nazirin bazarda nüfuzu yox idi, Mehmet Şimşeyin isə işini qaydalara uyğun aparacağı gözlənilir.

Seçkiqabağı qeyri-müəyyənliklər, zəlzələnin yaratdığı ciddi problemlər var idi. Hazırda Türkiyə əsas addımı maliyyə sabitliyinin saxlanması istiqamətində atacaq. Qardaş ölkənin iqtisadiyyatı sürətli şəkildə proseslərə adaptasiya olur ki, əvvəllər də olan neqativ ssenarilərin öhdəsindən uğurla gəldi”.

Ekspertin sözlərinə görə, lirə müəyyən spekulyasiyalar, psixoloji təzyiqlərdən qarşıdakı bir neçə ayda qurtulacaq və daha da stabilləşəcək: “Türkiyə iqtisadiyyatında bu il iqtisadi artım sürəti aşağı düşsə də, artım davam edəcək. Ümumilikdə, naharahatedici məqam yüksək inflyasiyadır ki, onun da əhaliyə təsirlərini neytrallaşdırmaq üçün minimum əməkhaqqı mütəmadi olaraq yüksəldilir. Bu da inflyasiyanı artıran məqamlardandır. Lakin seçkilərdən sonra qeyri-müəyyənliyin aradan qalxması ilə biznes strukturları iqtisadiyyatda daha aktiv iştirak edəcək”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR