Slimfit
  1. MƏŞHURLAR

Lionel Messi haqqında 5 maraqlı fakt

Lionel Messi haqqında 5 maraqlı fakt
Sakura

Dünyanın ən bahalı futbolçüsü olan Lionel Messi haqqında 5 maraqlı fakt

Ondan sonra " Şanxay Shenhua"-da çıxış edən Karlos Tevez, "Paris Saint-Germain"-dən Neymar və yalnız bundan sonra Kristiano Ronaldo gəlir. Ötən şənbə günü "Barselona" klubu Leo Messi ilə müqaviləsinin 2020/21 mövsümünün sonuna qədər 700 milyon avro təzminatla uzadılacağını elan etdi. Bununla yanaşı, hər mövsüm üçün Messi 42 milyon maaş alacaq. Ens.az saytı bu futbolçuyla bağlı daha 5 maraqlı faktı təqdim edir:

Ailəsi hər zaman birinci yerdədir

Argentinalı bütün qollarını bir vaxtlar onu futbol bölməsinə aparan mərhum nənəsinə həsr edir. Messinin sol çiynində anasının portreti, sol ayağında oğlu Tiaqonun əl izləri var. Lionelin iki əmisi oğlu da futbol oynayır: biri Braziliyanın "Viktoriya" klubunda, digəri Paraqvayın "Olimpiya" sında çıxış edir.

Ulduz statusu onun üçün əsas şey deyil

Messi paparatsilər üçün mükəmməl hədəfdir. Dünya şöhrətinə baxmayaraq, asanlıqla və sakitcə doöma şəhəri Rosariodakı küçələrə çıxır, dostları ilə kafedə oturur və yerli sakinlərlə söhbət edir. Heç bir cangüdən, heç bir kartej olmadan. Yeri gəlmişkən, Messiyə Rosarionun fəxri sakini statusu verilib. Həm də doğulduğu şəhərin beynəlxalq səfiridir.

Messi sağlam həyat tərzi keçirir

Məsələn, yalnız tənbəllərin onu müqayisə etmədiyi Maradonadan fərqli olaraq, Messi heç vaxt cinayət xronikalarına düşməyib. (Atasının 2013-cü ilin dekabrında iştirak etdiyi narkotik və çirkli pulların yuyulması ilə bağlı aydın olmayan bir əhvalata baxmayaraq). Bu futbolçunun özünə icazə verdiyi ən böyük səs-küy, 2009-cu ildə çempionluq qazandıqdan sonra ədəbsiz qışqırıqları olub. Ən böyük sui-istifadəsi: fast food və qazlı sulara meylli olmasıdır. Futbolçunu məhvedici vərdişdən qorumaq üçün Barsanın keçmiş baş məşqçisi Xosep Quardiola, bütün qazlı su avtomatlarını məşq bazasından çıxartmağa göstəriş vermişdi.

Uşaqları çox sevir

Messi UNICEF-in, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun xoşməramlı səfiridir. Hər il bir çox xeyriyyə tədbirlərində iştirak edir. Lionelin geniş jestləri arasında doğma Rosarioda 600 min avro bağışladığı xəstəxananın yenidən qurulması da var.

Problemlərdən qorxmur

Bir çox top oyunçular kimi, karyerasına başlamazdan əvvəl Messi də "çirkin ördək balası" idi. Böyümə hormonunun (doqquz yaşında boyu 126 sm idi) çatışmazlığı problemlərindən əlavə, Messi, həmkarı futbolçu Romarionun sözlərinə görə, Asperger sindromundan əziyyət çəkir - sosial qarşılıqlı əlaqəni çətinləşdirən inkişaf pozğunluğu. Və bunu müalicə etmək o qədər də asan deyil. Ancaq bu futbolçunun nailiyyətlərinə baxdığınız zaman ağlınızdan keçə bilərdimi? Ona görə ki, Messi təslim olmadı və yaranan çətinlikləri dəf etdi.

Mənbə: mhealth.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR