“Linkoln”un baş məşqçisi: “Bakıya gəzməyə gəlməmişik”
“Linkoln”un baş məşqçisi: “Bakıya gəzməyə gəlməmişik”
“Bizi çox çətin oyun gözləyir. Matça onsuz da məğlub başlayacağıq. Bütün bunlara baxmayaraq, komandamıza inamımız böyükdür. Ümid edirəm ki, fərqli bir şey etməyə nail olacağıq”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri “Linkoln”un baş məşqçisi Xavi Munyoz Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Qarabağ”la sabah Bakıda keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis 16 saatlıq səfərin onlara elə də çətinlik yaratmadığını bildirib: “Düzdür, səfər uzun oldu. Amma sizin qeyd etdiyiniz qədər də uzun deyil. Klub çalışdı ki, bizim üçün rahat şərait yaratsın. Düşünmürəm ki, bu amil sabah oyunda bizə təsir etsin”.
Baş məşqçi “Cavab oyununda “Qarabağ”ı nə ilə təəccübləndirəcəksiniz” sualını belə cavablandırıb:
“İlk oyunda qurduğumuz plan özünü doğrultdu. Hətta qələbə də qazana bilərdik. Sadəcə qalib gələ bilməməyimizi bəxtsizlik kimi qəbul edirəm. Sabah da xüsusi planlarımız var. Bakıya gəzməyə gəlməmişik. Planımı burada açıqlamayacam. “Qarabağ”ı sabah da təəccübləndirmək üçün hər şeyi edəcəyik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət