Slimfit
  1. MARAQLI

Limonad şirkətinin 11 yaşlı sahibəsi

Limonad şirkətinin 11 yaşlı sahibəsi
Sakura

Limonad şirkətinin 11 yaşlı sahibəsi

Texas ştatında faəliyyət göstərən "Me and The Bees Lemonade" şirkətinin azyaşlı sahibəsi maraqlı tarixçəsini mətbuata danışıb.

5 yaşı olanda ailəsi Mikailanı uşaqlar üçün təşkil edilən yaradıcılıq yarışmasına göndərib. Xüsusi tərkibli yeni içkilərin hazırlandığı yarışmada Makailanı ilk dəfə arı sancıb:

"Arı sancmasına nifrət etsəm də, bu mənə yeni və inanılmaz fikirlər qazandırıb. Cənubi Karolinanın Kameron şəhərində yaşayan nənəm bizə limonadlar üçün tərtib etdiyi xüsusi reseptlərin olduğu bir kitab göndərib. Bu kitabdakı reseptlərdən və arı balından istifadə edərək "Me & Bees Lemonade"ni hazırladım. İnanılmaz və qeyri-adi dadı olan limonad qısa zamanda hər kəs tərəfindən sevilən içkiyə çevrildi".

Tərkibi kətan toxumu və təmiz arı balından ibarət olan limonadlar istehsal edən şirkət 60 min dollar vəsaitlə fəaliyyətə başlayıb. Hazırda 55 mağaza ilə müqaviləli şəkildə işləyən şirkət biznes tədbirlərində limonadlar sataraq gəlirinin bir qismini bal arılarını xilas etmək üçün mübarizə aparan yerli və qlobal təşkilatlara bağışlayır.

Könül Cəfərli

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR