Dərc edildi: Baxış sayı: 587
“Light” markalı neftin bir barrelinin qiyməti 12 dollara enib
“Light” markalı xam neftinin bir barrelinin qiyməti 12 dollara düşüb.
AZƏRTAC xəbər verir ki, hazırda “Light”ın bir barreli Nyu-Yorkun NYMEX birjasında 12,97 dollara satılır.
Aprelin 15-nə olan məlumata görə, ABŞ-ın ən böyük neft anbarı olan “Cushing”də xam neft ehtiyatları son 3 həftədə təxminən 16 milyon barrel artaraq 55 milyon barrelə çatıb. Qiymətin kəskin ucuzlaşmasına səbəb də anbarların maksimum səviyyələrdə dolmasıdır.
Xatırladaq ki, ABŞ neftinin qiyməti sonuncu dəfə 1999-cu ildə bu səviyyələrdə olub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət