Slimfit
  1. MARAQLI

Liftləri əyləncəli məkana çevirən qeyri-adi dizaynlar

Liftləri əyləncəli məkana çevirən qeyri-adi dizaynlar
Sakura

Liftləri əyləncəli məkana çevirən qeyri-adi dizaynlar

Adətən insanlar qapalı məkanları xoşlamadıqları üçün liftlər də sevilən məkanlar hesab edilmir. Odur ki, insanlar liftdən dərhal çıxmaq istəyirlər, çünki ətrafda hakim olan səssizlik onlar üçün xoşagələn olmur. Bu qısa lift səfəri ərzində bəzi insanlar telefonda özlərini məşğul edərək vaxtın ən sürətli şəkildə keçməsinə çalışarkən, bəzi insanlar da digərləri ilə göz təması qurmamaq üçün səy göstərİrlər. Qlobal reklam şirkəti “Havas” – ın nəzdində fəaliyyət göstərən və Londonda yerləşən “Conran Design Group” adlı şirkət də buradan yola çıxaraq liftlərin bu qədər narahatedici və qəribə təəssüratını dəyişdirmək üçün təşəbbüs göstərib.

Belə ki, Conran Design Group şirkətin Londondakı “HKX Village” adlı əsas binasında yerləşən liflərin interyerini yenidən dizayn edərək məkandakı monotonluğu qırmağı və buranı insanların söhbət edə biləcəkləri bir yerə çevirməyi hədəfləyir. Binada yerləşən liftlərdən 6 – da bu dəyişiklik tətbiq edilərkən, onlardan birinin diskoteka tərzində dizayn edildiyi, bir digərinin isə rahat divanın yerləşdirildiyi qonaq otağına çevrildiyi görülür.

Şirkətin CEO- su və idarəedici ortağı Thom Newton təşəbbüsün əsas məqsədinin həm sosial bir təcrübə həyata keçirmək, həm də ən darıxdırıcı məkanları belə dizayn şirkətinin necə dəyişdirə biləcəyini göstərmək olduğunu bildirib.

“İnsanların dizaynla bağlı düçüncələrini liftlərin interyerini dəyişdirmək kimi bəsit bir nümunə ilə yenidən formalaşdırmaq istədik. Binadakı insanlardan bu həftə iclaslar üçün gələn müştərilərin liftləri görmək məqsədilə dostları ilə birlikdə yenidən gələcəklərini bildirən maillər aldım.”

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR