Slimfit
  1. AVTO VƏ MOTO

“Lifan”ların qiyməti aşağı salınacaq

“Lifan”ların qiyməti aşağı salınacaq
Sakura

Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərin qiymətlərinin aşağı salınması gözlənilir

Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərin qiymətlərinin aşağı salınması gözlənilir. FED.az xəbər verir ki, zavodun direktoru Musa Abdullayev bildirib ki, bu məqsədlə avtomobillərin ehtiyat hissələrinin ölkədə təşkil edilməsi planlaşdırılır. Qeyd edək ki, 2015-ci ildə baş verən devalvasiya və dolların kəskin bahalaşması nəticəsində xaricdən gətirilən digər avtomobillər kimi, «Lifan»lar da bahalaşıb.

Belə ki, əvvəllər dollarla 12-13 minə başa gələn avtomobillər Azərbaycanda 10 min manata satıldığı halda, indi bu qiymət 2 dəfədən çox artıb. Qiymət artımı maşınların satış şərtlərinə də təsir edib. Belə ki, əvvəllər 3 min manat məbləği ölkin ödəniş edib, qalan məbləği 2 ilə ödəmək mümkün olurdusa, hazırda 20 min manata yaxın qiyməti olan avtomobillərdə bunu etmək alıcılar üçün çətinləşib. Buna görə də «Lifan»ların lizinqlə satışı dayanıb.

«Lifan»ların kreditlə satışına isə avtomobil kreditlərində vaxtilə tətbiq edilən qadağalar da mane olur. Qaydaya görə ilkin ödənişin 50% müəyyənləşməsi maşınların satışında çətinlik yaradır. Buna görə də hazırda «Lifan»ların əsas alıcıları hüquqi şəxslər və dövlət qurumlarıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR