Slimfit
  1. AVTO VƏ MOTO

LIFAN INDUSTRY GROUP

LIFAN INDUSTRY GROUP
Sakura

LIFAN INDUSTRY GROUP HAQQINDA

"Lifan" sözü Azərbaycan dilinə təxminən "tam yelkənlə getmək" kimi tərcümə olunur. LIFAN Industry Group - mənzil-qərargahı Çuntsin(Çin) şəhərində yerləşən transmilli korporasiyadır. Şirkət minik avtomobili, avtobus, motosiklet, skuter və kvadrosikl istehsalında ixtisaslaşmışdır, Çin super liqasında çıxış edən Çuntsin Lifan futbol klubuna sponsorluq edir.

Şirkət 1992-ci ildə Yin Minşan tərəfindən yaradıldı, ilk olaraq "Chongqing Hongda Auto Fittings Research Centre" adlandırıldı. O, ilk əvvəl motosikletlərin təmiri üzrə ixtisaslaşmışdır. LIFAN artıq 2003-cü ildə avtobus istehsal etməyə başladığı zaman ən böyük motosiklet istehsalçısı oldu.

17 ildə beşinci Çin motosiklet istehsalçısına çevrilərək, şirkət 1997-ci ildə "Lifan Industry Group" adlandırıldı. Bu günkü gün Lifan Industry Group, Çinin 500 aparıcı özəl müəssisəsi siyahısında yer almışdır.

2005-ci ildə şirkət avtomobil istehsalına başladı. 1999-cu il buraxılışı olan Daihatsu Atrai bazasında hazırlanan minivan və pikap LF6361/1010 istehsal olunan ilk avtomobil idi. 2005-ci ilin dekabr ayında Braziliyanın Tritec mühərriki ilə təchiz edilmiş Lifan 520/520i-nin istehsalı başlamışdır. Hal-hazırda Lifanın model cərgəsi (2012-ci ilin payızına olan vəziyyət) azlitrajlı 320, kompakt sedan və heçbek 520/520i, kiçik sedan 620 və kompakt X60 krossoverindən ibarətdir.

Şirkətin nümayəndəlikləri dünyanın bir çox ölkələrində var. LIFAN məhsulları ABŞ, Kanada, Meksika, Fransa, Misir, Ukrayna, Qazaxıstana, 2008-ci ildən - Cənubi Afrika, Venesuela, Peru, Keniya və Yunanıstana ixrac olunur.

LIFAN-ın hazır məhsulları bir neçə zavodda buraxılır, 7-si motosiklet istehsalı üzrə, 2-i minik avtomobilləri üzrə, 1-i minik avtomobilləri üçün mühərriklərin istehsalı üzrə, 1-i avtobuslar üzrə, 2-i motosiklet üçün mühərriklərin istehsalı üzrə, 1-i generatorlar və enerji məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Hazırda daha iki avtomobil zavodu tikilir. Əməliyyatların başlamasından sonra şirkətin ümumi istehsal həcmi ildə 300 min ədəd olacaq.

LIFAN korporasiyasının minik avtomobilləri istehsal edən əsas zavodu 2003-cü ildə tam şəkildə yenilənmiş müasir avadanlıqla təchiz olunmuşdur. Zavodun sahəsi 60 min kvadrat metrdən çoxdur, işçilərin sayı isə 10 min nəfərə çatır. LIFAN zavodlarında istehsal olunan bütün məhsullar yüksək keyfiyyətli və yüksək texnologiyalı materiallardan hazırlanır və ən yüksək keyfiyyət standartlarına cavab verir. Texnoloji prosesin daim təkmilləşdirilməsi ilə birlikdə, şirkətin fəaliyyətində yüksək nəticələr əldə etməyə imkan verir.

LIFAN məhsulları dünyanın 167 ölkəsinə və bölgəsinə ixrac edilir. 2010-cu ilin noyabr ayında şirkət Şanxay birja bazarında IPO(Initial Public Offering, tər. İlkin ictimai təklif)-ya daxil oldu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR