Slimfit
  1. TEXNOLOGİYA

“LG” şirkəti “CLOi SuitBot” adlı yeni ekzoskeletini təqdim edib

“LG” şirkəti “CLOi SuitBot” adlı yeni ekzoskeletini təqdim edib
Sakura

“LG” şirkəti “CLOi SuitBot” adlı yeni ekzoskeletini təqdim edib

“LG” şirkəti “CLOi SuitBot” adlı daşınan robotun yeni versiyasını təqdim edib. Bu ekzoskelet ağır əşyaları heç bir zədə almadan qaldırmağa imkan verir.
 
ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “CLOi SuitBot” robotu əzələlərin gücünü artırmaq və zədələnmək ehtimalını azaltmaq üçün insanın belinə dəstək verir. Bundan başqa, belə ekzoskeletdən istifadə edənlər az yorulur, çünki robot yükün çox hissəsini öz üzərinə götürür. Ekzoskelet 4 saat avtonom işləyə bilir və 1 saat ərzində enerji toplayır.
 
Cənubi Koreya şirkətinin mətbuat xidmətinin məlumatına görə, belə robotlar tezliklə satışa çıxarılacaq. 2019-cu il 8-12 yanvar tarixlərində Las-Veqasda keçiriləcək “CES” sərgisində yeni ekzoskelet nümayiş etdiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR