Slimfit
  1. TEXNOLOGİYA

“LG” 5 kameralı “V40 ThinQ” adlı qabaqcıl smartfonunu təqdim edib

“LG” 5 kameralı “V40 ThinQ” adlı qabaqcıl smartfonunu təqdim edib
Sakura

“LG” 5 kameralı “V40 ThinQ” adlı qabaqcıl smartfonunu təqdim edib

“LG Electronics” şirkəti yeni “LG V40 ThinQ” qabaqcıl smartfonunu təqdim edib. 3 qat əsas və 2 qat ön kameralar yeni smartfonun əsas özəlliyidir.
 
ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, əsas kamera aşağıdakı modulları özündə birləşdirir: 78 dərəcə bucağa malik f/1.5 diafraqmalı 12 meqapiksellik standart, 107 dərəcəli bucağa malik f/1.9 diafraqmalı 16 meqapiksellik genişbucaqlı, həmçinin 45 dərəcəli bucağa malik f/2.4 diafraqmalı 12 meqapiksellik telefoto. Beləliklə, genişbucaqlı və telefoto rejimləri, həmçinin ikiqat miqyası böyütmə təmin olunur. “Selfi” kamera 8 və 5 meqapiksellik modullara malikdir.
 
Smartfon tərəflər nisbəti 19.5:9 olan QHD+ (3120x1440 piksel) təsvir ölçülü 6,4 düymlük OLED ekran, arxa paneldə barmaq izləri skaneri, “Qualcomm Snapdragon 845” prosessoru, 6 QB-lıq əməli, 64 və ya 128 QB-lıq daxili fləş yaddaş, “Qualcomm Quick Charge 3.0” sürətli enerjidoldurma texnologiyasına malik 3300 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
Aparatın fiziki ölçüləri 158,8x75,8x7,7 mm, çəkisi isə 169 qram təşkil edir. Su və tozdan qoruma “IP68” səviyyəsində, möhkəmlik “MIL-STD 810G" hərbi standartı üzrə reallaşdırılıb. “4G VoLTE”, “Wi-Fi (802.11 ac)”, “Bluetooth 5 LE”, “GPS”, “NFC” dəstəklənir, “USB Type-C 2.0” portu və 3,5 mm-lik qulaqlıq üçün konnektor mövcuddur.
 
“LG V40 ThinQ” smartfonu qara, boz, göy və qırmızı rənglərdə 900 ABŞ dollarına təklif edilir. 2018-ci il oktyabrın 18-dən aparat satışa çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR