Slimfit
  1. MƏDƏNİYYƏT

Leyla Əliyeva “Tarixin şah əsərləri” sərgisinin açılışında

Leyla Əliyeva “Tarixin şah əsərləri” sərgisinin açılışında
Sakura

Leyla Əliyeva “Tarixin şah əsərləri” sərgisinin açılışında

 

Mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərginin açılış mərasimi keçirilib.

Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirən Fuad Axundov bu işin ərsəyə gəlməsində Mədəniyyət Nazirliyinin və Gürcüstan Milli Muzeyinin birgə xeyli iş gördüyünü diqqətə çatdırıb. “Sərgidə nümayiş olunan şəkillərin böyük bir qismi bərpa edilib. Gürcüstanın Milli Muzeyi yaranan gündən bu artefaktları toplayaraq günümüzədək qoruyub saxlayıb. Buna görə gürcüstanlı həmkarlarımıza təşəkkürümü bildirirəm”, - deyə o qeyd edib.

Gürcüstan Milli Muzeyinin baş direktoru, akademik David Lordkipanidze bildirib ki, sərgidə nümayiş olunan qədim sənət nümunələrini Azərbaycan sənətçilərinin şah əsəri hesab etmək olar. O, sərginin tamaşaçıların rəğbətini qazanacağına əminliyini ifadə edib.

Tədbir çərçivəsində, həmçinin Gürcüstan Milli Muzeyinin baş kuratoru, tarixçi professor Eldar Nadiradzenin “İrəvan xanlığı: tarixi və mədəni profili” kitabının təqdimatı keçirilib.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. 






Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR