Dərc edildi: Baxış sayı: 441
Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu
Bakıda qadın zorakılığından bəhs edən maraqlı videoçarx lentə alınıb.
Sosial layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə "Baku Medica Center” və "Var-Yox” tərəfindən hazırlanıb.
"Üstü örtülən şiddət bir sonrakının başlanğıcıdır. Hər bir Azərbaycan qadını öz hüquqlarını bilməli, hüquqlarını qoruya bilmədiyi təqdirdə çarxda qeyd olunmuş qurumlarla əlaqə saxlamalıdır”, - deyə layihənin tanıtımında qeyd olunub.
Leyla Əliyeva videoçarxı "Instagram” səhifəsində paylaşaraq, qadın zorakılığına qarşı çıxıb.
Mənbə: Qaynarinfo.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət