Slimfit
  1. AZƏRBAYCAN

Leyla Əliyeva Bakı sakinləri ilə şəkil çəkdirdi

Leyla Əliyeva Bakı sakinləri ilə şəkil çəkdirdi
Sakura

Leyla Əliyeva Bakı sakinləri ilə şəkil çəkdirdi

IDEA İctimai Birliyinin və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsi uğurla davam edir.
 
Noyabrın 5-də "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənən həyət Binəqədi rayonu, Azadlıq prospektində yerləşən, 3 min sakinin məskunlaşdığı 186, 188 və 194 saylı binaları əhatə edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin istifadəyə verilməsi mərasimində, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.
 
"Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.
 
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan, beş min kvadratmetr sahəsi olan həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə xüsusi qurğular yerləşdirilib. Bundan əlavə, burada şahmat və futbol meydançaları, idman alətlərindən ibarət kiçik meydança salınıb, Novruz çərşənbələrinin milli adət-ənənələrə uyğun qeyd edilməsi üçün tonqal sahəsi inşa olunub. Abadlaşdırılan həyətdə yoqa həvəskarları üçün də xüsusi yer ayrılıb.
 
Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğul olma vərdişlərinin yaradılmasına nail olmaqdır.
 
Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 300-ə yaxın ağac və kol əkilib. Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb, Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə mərkəzinin şəbəkəsinə qoşulub.
 
Qeyd edək ki, "Bizim həyət” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir. Binəqədi rayonunda sakinlərin istifadəsinə verilən bu həyət layihə çərçivəsində abadlaşdırılan altıncı həyətdir.
 
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
 
 
Mənbə : Qaynarinfo.az
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR